Nuranə Məmmədova: Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatı-Gənclər Birliyinin sədri.FOTO

  Redaksiyamızın qonağı Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatı-Gənclər Birliyinin sədri Nuranə Məmmədovadır.
 Nuranə xanım bildiyimiz kimi ölkəmizdə keçirilən bir çox layihə və tədbirlərin yaxından iştirakçısı olmusunuz, bu barədə bütün təəssüratlarınızı bilmək estərdik? 
Bildiyimiz kimi, bu il ümummili lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin 50 ili tamam olub və bu əlamətdar hadisə ilə bağlı keçirilən layihədə iştirak etdiyim üçün özümü çox xoşbəxt sayıram. Bu layihə vasitəsilə xalqımızın dahi rəhbərinin keçdiyi böyük və şərəfli siyasi yola, görkəmli dövlət xadiminin xalqı , milləti üçün gördüyü misilsiz işlərə daha geniş prizmadan baxmağa imkanımız yaranıb, bundan maksimum faydalanmağa çalışırıq. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovla görüş zamanı ümummilli liderin siyasi fəaliyyəti ilə bağlı darinməzmunlu çıxışından ulu öndərin Azərbaycan xalqı qarşısındakı, müstəqil dövlətçiliyimizin qorunub saxlanılmasındakı misilsiz xidmətləri ilə bağlı dəyərli tarixi- siyasi faktları öyrəndik, Bu, hər bir müasir Azərbaycan gənci üçün olduqca əhəmiyyətli məmulatlardır.
      Ümummilli lider Heydər Əliyevin  siyasi hakimiyyətə gəlişi ilə əlaqədar Gənclər və İdman Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə həyata keçirdiyi  “ Gənc Liderlər “ proqramında Mədəniyyət naziri ,Müdafiə naziri,  Təhsil naziri,  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,  Naxçıvan MR –in Ali Məclisinin Sədri, Heydər Əliyev Mərkəzinin müdiri  ilə görüşlərdə oldum. Proqramın sonunda Gənclər və İdman naziri Azad Rəhimov Cənabları və Heydər Əliyev Mərkəzinin müdiri Anar Ələkbərovun birgə həyata keçirdiyi Gənc Liderlər proqramı üzrə diplomla təltif olundum.Bu il Şamaxı rayonunun  “ Gənclər paytaxtı”  seçilməsi ilə əlaqədar Gənclər paytaxtının Açarının təqdim edilməsində və videoçarxın çəkilişində yaxından iştirak etdim.
         Bildiyimiz kimi,  bu il “ Nəsimi ili” elan olundu,  bununla əlaqədar tədbirlər keçirdim  və DTX-in Mədəniyyət Mərkəzində oldum.
      Bu yay,  YAP –ın Oğuz rayonunda  təşkil etdiyi yay məktəbində iştirak etdim, təlimlərdə oldum və diplomla təltif edildim.Yay məktəbi proqramı çərçivəsində Oğuz və Şəki rayonlarının tarixi abidələri ilə tanış oldum.  Mən, Azərbaycan gənci olaraq, fəxr edirəm ki, Ümummilli Lider Heydər Əliyevin  təməlini qoyduğu Yeni Azərbaycan Partiyasının Şamaxı rayonu üzrə Gənclər Birliyinin Sədriyəm.
 Bununla yanaşı,Təhsil Nazirliyin göstərişi ilə,  AGMA-nın Şəki rayonunda təşkil etdiyi “Yay  məktəbində”  iştirak etdim. Yay məktəbində, AGMA-nın seçimləri zamanı mən ən savadlı, istedadlı müəllimlər arasından seçilərək, Şamaxı rayonunu  təmsil etdim və fəallığıma görə Azərbaycan Gənc Müəllimlər Assosiyası öz postunda mənim şəkillərimi paylaşdı. Yay məktəbində təlimlər keçirildi. Gənc müəllimlərə Assosiyanın misiyasını tapmaq tapşırıldı və diskursiyalar təşkil edildi.  Sonda diplomla təltif edildim.
  Şamaxı rayon YAP təşkilatında İdarə heyəti üzvləri və rayonun fəal gəncləri də iştirak etməklə “Nəsimi ili” , “Gənclər Paytaxtı”, Heydər Əliyevin Siyasi Hakimiyyətə gəlişinin 50 illiyi ilə əlaqədar dəyirmi masa arxasında söhbətlər aparmışam.






 Azərbaycan üzrə YAP Gənclər Birliyinin sədrləri bir yerdə H.Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi ilə əlaqədar videoçarx hazırlamışıq.
 “Nəsimi ili “ elan olunması ilə əlaqədar Mədəniyyət ,İncəsənət və Turizm Nazirliyinin keçirdiyi “Rəsm” müsabiqəsində iştirak etdim və diploma təltif edildim.
Bu yaxınlarda, Gənclər və İdman  Nazirliyinin   təşkil etdiyi “Əcdadlarımızın  Mirası “ adlı proqram üzrə imtahan verdim və bu proqramda Şamaxı rayonunu təmsil etmək,  mənim üçün çox qürurverici hissdir.
 Bu yay 23-26  avqust tarixlərində  Şamaxı rayonunda, Yay məktəbi təşkil olunacaq. Rayonu fəal gənclərini yay məktəbində iştirak etməyə dəvət edirəm.
   Bildiyimiz kimi,  qarşıdan Bələdiyyə Seçkiləri yaxınlaşır.  Oktyabr ayında keçiriləcək  bu seçkilərdə  hər bir gənci seçkilərdə fəal iştirak etməyə səsləyirəm.
     Sonda bunuda bilmək istərdik  Siz, Azərbaycan Gənci olaraq Şamaxını necə görmək istəyərdiniz?
 Mən Azərbaycan gənci olaraq, gələcəkdə Şamaxı rayonunda  Gənclər Mərkəzinin tikilib, istifadəyə verilməsini istəyirəm. Şamaxı rayon fəal gənclərinin Beynəlxalq tədbirlərdə, müsabiqələrdə, festival və yarışmalarda iştirak etməsini görmək istəyirəm. Rayonumuzun Ölkənin qabaqcıl şəhərlər sırasına daxil olmasını görmək mənim üçün sevinc verici bir hissdir.
Zülfiyyə:

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}