İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib - SİYAHI

İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Yayım Şurasının tərkibində dəyişiklik edilib.
Şəffaflıq.az-ın xəbərinə görə, bununla bağlı "İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi haqqında" Milli Məclisin qərar layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirə olunub.
Namizədliyi Sahibkarlar Şurası tərəfindən namizədliyi irəli sürülmüş şəxslər:
Zeynalov Vüqar Eldar oğlu
Abdullayeva İlhamə Xanlar qızı
Namizədliyi gənclər təşkilatları tərəfindən namizədliyi irəli sürülmüş şəxslər:
Əliyev Azər Ruslan oğlu
Axundova Ülviyyə Süleyman qızı
Namizədliyi qadın cəmiyyətləri tərəfindən namizədliyi irəli sürülmüş şəxslər:
Yusifova Sevil Şərif qızı
Mansurova Zirəngiz Dəmirçi qızı.
Müzakirələrdən sonra Zeynalov Vüqar Eldar oğlu, Əliyev Azər Ruslan oğlu, Yusifova Sevil Şərif qızı 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçiliblər.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}