Əsas Səhifə > Cəmiyyət > İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib - SİYAHI
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib - SİYAHI30-12-2021, 12:21 |
İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Yayım Şurasının tərkibində dəyişiklik edilib. Şəffaflıq.az-ın xəbərinə görə, bununla bağlı "İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi haqqında" Milli Məclisin qərar layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirə olunub. Namizədliyi Sahibkarlar Şurası tərəfindən namizədliyi irəli sürülmüş şəxslər: Zeynalov Vüqar Eldar oğlu Abdullayeva İlhamə Xanlar qızı Namizədliyi gənclər təşkilatları tərəfindən namizədliyi irəli sürülmüş şəxslər: Əliyev Azər Ruslan oğlu Axundova Ülviyyə Süleyman qızı Namizədliyi qadın cəmiyyətləri tərəfindən namizədliyi irəli sürülmüş şəxslər: Yusifova Sevil Şərif qızı Mansurova Zirəngiz Dəmirçi qızı. Müzakirələrdən sonra Zeynalov Vüqar Eldar oğlu, Əliyev Azər Ruslan oğlu, Yusifova Sevil Şərif qızı 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçiliblər. Geri qayıt |