Güllü Muradova: "Hələ də inana bilmirəm ki, ayaqlarım bu torpaqlara dəyir"

 “Prezidentimiz sağ olsun, onun siyasəti və əzəmətli gücü sayəsində doğma torpaqlarımızdayıq. Uzun illərdən sonra kəndimizi, elimizi və obamızı ziyarət etdik”.
Şəffaflıq.az xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Ağdama səfər edən rayon sakini, II Televiziya Muğam müsabiqəsinin qalibi Güllü Muradova deyib.
Doğma rayonunda "Qarabağ şikəstəsi" səsləndirən G.Muradova torpaqların azad olunmasından danışıb, möhtəşəm zəfər haqqında fikir və düşüncələrini, eləcə də qələbə duyğularını bölüşüb.
"Torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin ruhu qarşısında baş əyirəm. Şəhid ailələrinə səbir, qazilərimizə şəfa diləyirəm. Hələ də inana bilmirəm ki, ayaqlarım bu torpaqlara dəyir. Qürurluyuq, amma bu sevinc hisslərimizin yanında hər zaman addımlayan şəhidlərimizin acısı bizimlədir. Allah bizə güc versin ki, ölkəmizi daim layiqli şəkildə təmsil edək, Vətənimizi qoruyaq", - o vurğulayıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}