“Siz son 200 ilin ən şanlı zəfər tarixini yazdınız” – Prezidentə minnətdarlıq

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ünvanına həm ölkə daxilindən, həm də xarici ölkələrdən dəstək məktubları gəlməkdə davam edir. Vətəndaşlar məktublarında hər zaman ölkə başçısının yanında olduqlarını yazırlar.
Şəffaflıq.az həmin məktublardan bir neçəsini təqdim edir:
"Mən, Quliyev Fariz Əli oğlu Vətən müharibəsində xalqımıza yaşatdığınız Qələbəyə görə Sizə ailəm adından dərin təşəkkürümü bildirirəm.
Azərbaycan xalqı Sizin qayğınızı hər zaman öz üzərində hiss edir. Bizim kimi aztəminatlı ailələrə göstərdiyiniz diqqət və qayğıya görə Sizə ayrıca minnətdarlıq etmək istəyirəm. Bir Azərbaycan vətəndaşı olaraq fəxr edirəm ki, Sizin kimi Prezidentimiz var.
Sizə uzun ömür, cansağlığı arzulayıram!"
Quliyev Fariz Əli oğlu
Azərbaycan Respublikası, Bərdə rayonu, Hacallı kəndi.
"Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan,
Sizi tarixi Qələbəmiz münasibətilə təbrik edirik.
Unudulmaz ümummilli liderimiz Heydər Əliyevin davamçısı kimi xalqın böyük sevgisini qazanmısınız. Bu səbəbdən hamımız Sizi Azərbaycanın bütövlüyü uğrunda fədakar əməyinizə görə Azərbaycanın Milli Qəhrəmanı kimi görmək istəyirik.
Arzumuz Sizin adınızın tarixdə əbədi yaşamasıdır".
Nuriyev Altay Hüseyn oğlu
Azərbaycan Respublikası, Kürdəmir rayonu, Xəlsə kəndi.
"Hörmətli Prezident, böyük sərkərdə, Müzəffər Ali Baş Komandan,
Sizi böyük Qələbə, Zəfər bayramı münasibətilə təbrik edirəm. Sizi dahi şəxsiyyət, dünya şöhrətli siyasətçi kimi ulu öndərimiz Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirməklə Azərbaycan dövlətçiliyinə və xalqına əvəzsiz xidmətlər göstərdiniz. Son 200 ilin ən şanlı zəfər tarixini yazdınız. Ölkəmizin ərazi bütövlüyünü bərpa etdiniz.
Müzəffər Ali Baş Komandan, Siz 44 günlük müharibə ilə təkcə torpaqlarımızı işğaldan azad etmədiniz, həm də Azərbaycan xalqının tapdanmış qürurunu, mənəviyyatını özünə qaytardınız.
Siz uzaqgörən siyasətinizlə düşmənlərimizə və dünyaya diplomatiya dərsi verdiniz. Siz böyük sərkərdə olaraq dünya hərb tarixinə yeni səhifə yazdınız.
Azərbaycan dövləti və xalqı Sizi həmişə uca tutacaq, Sizin adınız əsrlər boyu yaşayacaq.
Ulu Öndərimiz 1993-cü ildə müstəqil dövlətimizi məhv olmaqdan xilas etdi. Dövlətçiliyimizi möhkəm təməllər üzərində qurdu, Siz isə onu daha da inkişaf etdirib Qələbəyə apardınız.
Bu gün Azərbaycan Sizin sayənizdə dünyada tanınan, hörmət edilən qüdrətli bir dövlətdir. Biz Sizinlə fəxr edirik. Siz “dəmir yumruğunuzla” düşmənin başını əzdiniz. Həm də bu dəmir yumruq dünya azərbaycanlılarını səfərbər edib birləşdirdi.
Cənab Prezident, mənim 75 yaşım var. Mən çox xoşbəxt insanam ki, o dəmir yumruğun barmaqları mənim sinəmə “Şöhrət” ordeni taxıb, necə ki, vaxtilə Ulu Öndərimizin mübarək əlləri sinəmə “Şərəf nişanı” ordenini taxmışdı.
Tarix sübut edib ki, hər əsrdə bir dahi şəxsiyyət yetişir. Azərbaycan xalqı xoşbəxtdir ki, son iki əsrdə Allah bizə iki dahi şəxsiyyət XX əsrdə ulu öndər Heydər Əliyevi, XXI əsrdə İlham Əliyevi bəxş edib. Siz bu xalqın, bu dövlətin xilaskarısınız. Siz bizim ömürlük Prezidentimizsiniz. Allah Sizi qorusun!
Həmişə uca olun!
Siz Azərbaycan dövlətçiliyi, Azərbaycan xalqı üçün misli görünməmiş, əzəmətli bir qəhrəmanlıq səhifəsi yazdınız! Mən Ulu Öndərə, onun siyasi kursuna sadiq bir insan kimi təklif edirəm ki, Sizə Azərbaycanın Milli Qəhrəmanı adı verilsin və Siz ömürlük Prezident seçiləsiniz.
Mən əminəm ki, bu, bütün Azərbaycan xalqının arzusudur.
Böyük Yaradan Sizi, Mehriban xanımı və övladlarınızı hifz etsin. Dualarım həmişə Sizinlə olub və həmişə belə olacaq.
Qarabağ Azərbaycandır!"
Babayeva Sündüz Hacımirzə qızı, “Şöhrət” ordenli.
Azərbaycan Respublikası, Şabran rayonu.
"Müzəffər Ali Baş Komandan İlham Heydər oğlu Əliyev,
Qırx dörd günlük Vətən müharibəsində Zəfər qazanmağımız münasibətilə Sizi, müzəffər Ordumuzu, bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Bu qələbə Sizin uzaqgörən siyasətinizin nəticəsidir.
Mən 1963-cü ildə Qubadlı rayonunun Mahruzlu kəndində dünyaya göz açmışam. Qətiyyətlə inanırdım ki, Sizin uzaqgörən siyasətiniz nəticəsində yenidən doğma el-obamıza qayıdacağıq. 58 yaşımın ən gözəl hədiyyəsi doğma Qubadlı torpağımın mənfur erməni daşnaqlarından azad olunması xəbəri oldu. Bundan gözəl hədiyyə ola bilməzdi. Bir Qubadlı sakini olaraq bu gün sevincimin həddi-hüdudu yoxdur.
Siz 30 il Azərbaycan xalqının qəlbində qaysaq bağlayan Qarabağ yarasını sağaltdınız, doğma Qarabağımıza bizi yenidən qovuşdurdunuz. Doğma torpağımıza qədəm basacağımız günü səbirsizliklə gözləyirik. Şanlı Qələbəmiz uğrunda canından keçən şəhidlərimizə Uca Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm. Allah Sizi, bir yumruq kimi hər zaman Sizə dəstək olan Azərbaycan xalqını qorusun. Sizin kimi rəhbərimiz olduğu üçün çox şanslıyıq. Üçrəngli bayrağımız daim zirvələrdə dalğalansın. Zəfər bizə çox yaraşır. Zəfərlərimiz əbədi olsun.
Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!"
İsmayılov Ramiz Bilal oğlu
Azərbaycan Respublikası, Qubadlı rayonu, Mahruzlu kəndi.
"Hörmətli cənab Prezident,
Bu məktubu yazmaqda məqsədim Sizə şəxsən öz təşəkkürümü bildirməkdir.
Qurduğunuz və möhtəşəm silahlarla təchiz etdiyiniz güclü Ordu, yürütdüyünüz müdrik daxili və xarici siyasət sayəsində əsarət altında qalan torpaqlarımızı azad etməyiniz böyük tarixi hadisədir. Qələbə münasibətilə keçirilən Zəfər paradının görüntülərini, qəhrəman şəhidlərimizə və qazilərimizə, əsgərlərimizə verdiyiniz dəyəri görüb-eşitdikcə qürurlanır və qəhərlənirəm. Bu etdiklərinizin qarşısında Sizə necə təşəkkür edəcəyimi bilmirəm.
Sizin şücaətiniz ən yüksək fəxri ada, ən yüksək orden və medala layiqdir. Müharibə udmuş Sərkərdə olaraq Sizə ən layiqli təltiflər arzulayıram".
Hüseynov Əbülfəs Əli oğlu, II qrup Çernobıl əlili.
Azərbaycan Respublikası, Şəki şəhəri.
"Hörmətli və əziz Prezident, Müzəffər Ali Baş Komandan,
Sizi şanlı qələbəmiz münasibətilə ürəkdən təbrik edir, Sizə uzun ömür, cansağlığı, şərəfli işinizdə müvəfəqiyyətlər arzulayıram. Ulu Tanrı daim köməyiniz olsun.
Bir azərbaycanlı kimi keçirdiyim qürur hissi ölçüyəgəlməzdir. Belə hissləri daha əvvəl – ulu öndərimiz Heydər Əliyev Moskvada yüksək vəzifəyə təyin olunanda keçirmişdim, onda da sevincimin həddi-hüdudu yox idi.
Yenidən həmin hissləri bizə yaşatdığınız üçün Sizinlə fəxr edirik. Xalqımız öz Milli Qəhrəmanı ilə fəxr edir və Sizi çox sevir.
Mən Birinci Qarabağ müharibəsinin iştirakçısıyam, II qrup əliləm. Vətən müharibəsində Qələbə sevincinə görə Sizə təşəkkürümü bildirir, ailəmiz adından yeni nailiyyətlər arzulayıram. Yolunuz daim açıq və uğurlu olsun!"
Hacıyev Məhəmməd
Azərbaycan Respublikası, Şirvan şəhəri.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}