MSK -nın yeni tərkibi təsdiqləndi - Milli Məclisin qərarı

 

Milli Məclisin plenar iclasında Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi məsələsi müzakirə edilib.

Sədr Sahibə Qafarova gündəlikdəki məsələ barədə məlumat verdikdən sonra deputatlar məsələ haqqında fikirlərini bölüşdülər.

Komitə sədri Siyavuş Novruzov MSK-nın işini yüksək qiymətləndirdi. Deputat Sabir Rüstəmxanlı isə yerlərdə icra hakimiyyətlərinin seçki komissiyaları formalaşdırılarkən müdaxilələrə yol verdiklərindən şikayətləndi.

Daha sonra isə MSK üzvlüyünə təqdim edilmiş şəxslər Milli Məclis tərəfindən seçildi və bununla da MSK yenidən formalaşdırıldı.

Beləliklə, layihəyə əsasən, MSK ənənəvi qaydada 18 nəfərdən ibarət olacaq. Həmin şəxslərdən 6 nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), 6 nəfər bitərəf deputatları, 6 nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək. MSK üzvlüyünə təqdim edilmiş şəxslər aşağıdakılardır:

Milli Məclisdə çoxluq təşkil edən hakim partiyanı - Yeni Azərbaycan Partiyasını MSK-da təmsil edən namizədlər aşağıdakılardır:

Məzahir Pənahov

Rövzət Qasımov

Hüseyn Paşayev

Şaitdin Əliyev

Ramiz İbrahimov

Validə Kazımova

Surəddin Hümbətov (ehtiyat üzv)

Milli Məclisin heç bir siyasi partiyaya mənsub olmayan deputatlarının (bitərəf) MSK üzvlüyünə namizədləri aşağıdakılardır:

İlham Məmmədov

Nizami Nadirxanlı

Fuad Cavadov

Qabil Orucov

Arifə Muxtarova

Nailə Əsgərova

Aydın Muradov (ehtiyat üzv)

Parlamentdə azlıq təşkil edən siyasi partiyaların MSK üzvlüyünə namizədləri isə aşağıdakılardır:

Böyük Quruluş Partiyası (BQP) - Bəxşeyiş Əsgərov

Ana Vətən Partiyası (AVP) - Etibar Quliyev

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) - Mikayıl Rəhimli

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) - Almas Qəhrəmanlı

Azərbaycan Demokratik İslahatlar Partiyası ilə birgə Vətəndaş Birliyi Partiyasının namizədi - Tofiq Həsənov

Demokratik Maarifçilik Partiyası - İlkin Şahbazov

Niyaməddin Orduxan (ehtiyat üzv).

 Səsvermədən sonra söz alan MSK sədri Məzahir Pənahov deputatlara etimada görə təşəkkür etdi.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}