Əsas Səhifə > Gündəm / RƏSMİ XƏBƏR > MSK -nın yeni tərkibi təsdiqləndi - Milli Məclisin qərarı
MSK -nın yeni tərkibi təsdiqləndi - Milli Məclisin qərarı27-04-2021, 22:22 |
Milli Məclisin plenar iclasında Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi məsələsi müzakirə edilib. Sədr Sahibə Qafarova gündəlikdəki məsələ barədə məlumat verdikdən sonra deputatlar məsələ haqqında fikirlərini bölüşdülər. Komitə sədri Siyavuş Novruzov MSK-nın işini yüksək qiymətləndirdi. Deputat Sabir Rüstəmxanlı isə yerlərdə icra hakimiyyətlərinin seçki komissiyaları formalaşdırılarkən müdaxilələrə yol verdiklərindən şikayətləndi. Daha sonra isə MSK üzvlüyünə təqdim edilmiş şəxslər Milli Məclis tərəfindən seçildi və bununla da MSK yenidən formalaşdırıldı. Beləliklə, layihəyə əsasən, MSK ənənəvi qaydada 18 nəfərdən ibarət olacaq. Həmin şəxslərdən 6 nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), 6 nəfər bitərəf deputatları, 6 nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək. MSK üzvlüyünə təqdim edilmiş şəxslər aşağıdakılardır: Milli Məclisdə çoxluq təşkil edən hakim partiyanı - Yeni Azərbaycan Partiyasını MSK-da təmsil edən namizədlər aşağıdakılardır: Məzahir Pənahov Rövzət Qasımov Hüseyn Paşayev Şaitdin Əliyev Ramiz İbrahimov Validə Kazımova Surəddin Hümbətov (ehtiyat üzv) Milli Məclisin heç bir siyasi partiyaya mənsub olmayan deputatlarının (bitərəf) MSK üzvlüyünə namizədləri aşağıdakılardır: İlham Məmmədov Nizami Nadirxanlı Fuad Cavadov Qabil Orucov Arifə Muxtarova Nailə Əsgərova Aydın Muradov (ehtiyat üzv) Parlamentdə azlıq təşkil edən siyasi partiyaların MSK üzvlüyünə namizədləri isə aşağıdakılardır: Böyük Quruluş Partiyası (BQP) - Bəxşeyiş Əsgərov Ana Vətən Partiyası (AVP) - Etibar Quliyev Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) - Mikayıl Rəhimli Vətəndaş Həmrəyliyi Partiyası (VHP) - Almas Qəhrəmanlı Azərbaycan Demokratik İslahatlar Partiyası ilə birgə Vətəndaş Birliyi Partiyasının namizədi - Tofiq Həsənov Demokratik Maarifçilik Partiyası - İlkin Şahbazov Niyaməddin Orduxan (ehtiyat üzv). Səsvermədən sonra söz alan MSK sədri Məzahir Pənahov deputatlara etimada görə təşəkkür etdi. Şəffaflıq.az Geri qayıt |