Quba sakinində narkotik aşkarlandı

 Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.
DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan "Şəffaflıq.az"a verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbiri nəticəsində narkotik vasitələrinin qanunsuz dövriyyəsində şübhəli bilinən F.Şəfiyev rayonun Alekseyevka kəndi ərazisində saxlanılıb.
Hal şahidlərinin iştirakı ilə onun üzərinə keçirilən baxış zamanı, F.Şəfiyevdən sellofan torbada təmiz çəkisi 445 qram olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Dindirilmə zamanı saxlanılan şəxs narkotik vasitənin ona məxsus olduğunu etiraf edib.
Qeyd olunan faktla bağlı Quba RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}