İsmayıllıda kommunal xidmət sahəsində çalışan xanımlar təbrik edilib.-Foto

8 Mart Beynəlxalq Qadınlar günü İsmayıllıda da qeyd olunub. Bayram münasibətilə şəhərdə “Qadınlarımızın zəhmətini dəyərləndirək” təbrik aksiyası keçirilib. Rayon İcra Hakimiyyətinin və şəhər İƏD üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə kommunal xidmət sahəsində çalışan qadınlar təbrik edilərək xüsusi gün münasibətilə onlara xoş arzular çatdırılıb.
Şəffaflıq.az xəbər verir ki, Aksiyanın keçirilməsində əsas məqsəd 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə şəhərimizin təmizlənməsində hər zaman xüsusi xidmətləri olan fədakar xanımları sevindirmək olub.Keçirilən bu aksiya xanımlar tərəfindən maraqla qarşılanıb. Onlar göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.
Dəyanət İsmayılov.
İsmayıllı rayonu
Şəffaflıq.az


 

 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}