Vətən uğrunda öz canını fəda edən Göyçayın Çaxırlı kənd sakini olmuş Aprel döyüşlərində iştirak edərək Şəhidlik zirvəsinə ucalan Teymur Qasımovun məzarı bu gün yad edilib. Şəffaflıq.azxəbər verir ki,Göyçay Dövlət idarəetmə və Texnologiya Kollecinin rəhbəri,müəllim və tələbə heyəti 2016-cı ilin aprel ayında Azərbaycan və Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına Şəhid olan Teymur Qasımovun məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb,ruhuna dualar oxuyublar. Anım mərasimində Şəhidin ailə üzvləri də iştirak edib. Bildirilib ki, qanlı aprel döyüşləri zamanı düşmənin təxribatının qarşısını alan zaman Əsgər Teymur Qasımov Şəhid olub. Aprelin 5-i isə Teymur, doğulduğu Göyçay rayonunun Çaxırlı kəndində son mənzilə yola salınıb. Dəfn mərasimində minlərlə rayon sakini iştirak edib. T.Qasımov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif olunub. Bunu da qeyd edək ki, Göyçayda küçələrdən birinə onun adı verilib.
Şəffaflıq.az
Facebook-da paylaş