Türkiyədə kütləvi namazlara icazə verildi-ŞƏRTLƏR

 Türkiyə Dini Məsələlər üzrə Komitənin sədri Əli Ərbaş, maska və məsafə qaydalarına əməl etməklə bütün kütləvi namazların məscidlərdə qılına biləcəyini açıqlayıb.
Şəffafliq.az xəbər verir ki, Ərbaşın sosial media hesabından verdiyi açıqlamadan sonra İstanbuldakı məscidlərdə səhər namazı Kovid-19-a qarşı tədbirlər alınaraq qılınıb.
Vətəndaşlar evlərindən gətirdikləri namaz kilimləri ilə maskada və sosial məsafə qaydalarına riayət edərək Eyüp Sultan Məscidində namaz qılıblar.
Namazdan əvvəl Quran oxunarkən bəzi vətəndaşların ağladığı anlar da görünüb. Namaz bitdikdən sonra vətəndaşlar Eyüp Sultan Məscidi xaricində dua edib.
Qeyd edək ki, Dini İşlər İdarəsi tərəfindən yeni növ koronavirus (Covid-19) tədbirləri çərçivəsində, 16 martdan məscidlərdə kütləvi ibadət qadağan edilmişdi.
Şəffafliq.azшаблоны для dle 11.2


Facebook-da paylaş