Rusiyada 30 nəfər hovuz suyundan zəhərləndi

 

Rusiyanın Həştərxan şəhərində bir idman hovuzunda 30 nəfər hovuz suyundakı xlor konsentrasiyası səbəbindən zəhərlənib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin bölgə nümayəndəliyi məlumat yayıb.

Zəhərlənənlər arasında təxminən 20 azyaşlının olduğu qeyd olunub.

Ümumilikdə 16 nəfər xəstəxanaya yerləşdirilib, onlardan dördü isə reanimasiyadadır. Pasiyentlərin arasında 13 nəfərin 4-12 yaş arası azyaşlılardan ibarət olduğu qeyd edilib.

Digər zərərçəkənlər təxliyyə edilib. Əməliyyat qrupu tərəfindən hadisə yerində yoxlama aparılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}