Azərbaycanda koronavirusa 4 356 yeni yoluxma qeydə alınıb, 39 nəfər ölüb

 Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına daha 4 356 yeni yoluxma faktı qeydə alınıb, 2 517 nəfər sağalaraq evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Şəffaflıq.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 39 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 146 679 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 88 497 nəfər müalicə olunaraq sağalıb, 1 6 32 nəfər vəfat edib, aktiv xəstə sayı 56 550 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 197, bu günə qədər isə ümumilikdə 1 837 001 test icra olunub.

 


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}