Amerika seçkidən bir gün əvvəl – Bayden 8 faiz fərqlə irəlidədir...


 

Amerika Birləşmiş Ştatlarda seçki kampaniyası yekunlaşmaq üzrədir. Prezident Donald Tramp iki gün ərzində seçkidə həlledici rol oynayan ştatlarda 10 tədbir keçirib. Onun Demokrat partiyasından rəqibi Co Bayden isə noyabrın 2-də onun üçün vacib sayılan Pensilvaniya ştatına diqqət ayırıb.

3 noyabr seçkisi öncəsi artıq 90 milyondan çox amerikalının səs verdiyi bildirilir. Hazırda iki namizəd hələ qərarını verməmiş seçicilərə təsir göstərməyəçalışırlar. Artıq səs verənlərin sayı 2016-cı ildə cəmi səsverməyə gedənlərin 65 faizə yaxınını təşkil edir. Bu, siyasi baxımdan dərin ziddiyyət yaşanan ölkədə seçkiyə marağın böyüklüyünü göstərir.

Rəy sorğuları Baydenin Trampı azı 8 faiz qabaqladığını ortaya qoyur, ancaq bir sıra həlledici ştatlarda fərq xeyli azdır. Yəni, Tramp Seçici Kollegiyasını qazanmaq üçün gərəkən 270 səsi əldə edə bilər.

Keçmiş vitse-prezident Bayden Pensilvaniyada iki tədbir keçirib. 2016-cı ildə Tramp bu ştatda az fərqlə qalib gəlmişdi. İndi isə rəy sorğuları Baydenin öndə olduğunu göstərir.

Pensilvaniyanın ən böyük şəhəri olan Filadelfiyada Bayden afroamerikalı icmaya müraciət edib, hamını seçkiyə getməyəçağırıb. O, Trampın COVID-19-la mübarizəsini kriminala yaxın adlandırıb, pandemiyanın qaradərili icmada böyük itki ilə sonuclandığını deyib. Bayden ölkədəki sistematik irqçiliklə də mübarizə aparacağını söyləyib.

Tramp bu arada Miçiqan, Ayova və Şimali Karolinada dalbadal seçki tədbirləri keçirib. O, koronavirus pandemiyasının miqyasını kiçiltməyə çalışır, özünü iqtisadi rifah gətirəcək prezident kimi qələmə verir.

Ölkədə isə hər gün onminlərlə insanın virusa yoluxduğu təsdiqlənir, milyonlarla insan pandemiya nəticəsində işsiz qalıb.

Tramp seçicilərə xəbərdarlıq edərək deyir ki, Demokratlar sol qanad bandasıdır, vergiləri qaldıracaq, daha bir karantin elan etməklə iqtisadiyyatıçökdürəcəklər. Bayden isə iqtisadiyyatı qapatmamaqla virusu məğlub edəcəyini bildirir.

90 milyondan çox amerikalının artıq səs verməsinə baxmayaraq, Tramp dəfələrlə heç bir dəlil gətirmədən iddia edib ki, poçtla səsvermədə saxtakarlığa yol verilə bilər. Pensilvaniya daxil olmaqla bir sıra ştatların rəsmiləri poçtla göndərilən bülletenlərin sayılmasına günlərlə vaxt lazım olacağını deyiblər.

Son günlər Tramp xəbərdarlıq edib ki, seçkidən dərhal sonra qalib bilinməsə, xaos yarana bilər. Onun fikrincə, nəticəni aydınlaşdırmaq həftələrləçəkə və bu arada çox pis şeylər baş verə bilər.

Prezidentin noyabrın 1-də deməsinə görə, Pensilvaniya kimi həlledici ştatlarda seçki məntəqələri bağlanan kimi, vəkillərimiz ilə gələcəyik.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}