Gəncənin atəşə tutması nəticəsində 1 nəfər həlak olub - 32 nəfər xəsarət alıb

 

Ermənilərin Gəncəni atəşə tutması nəticəsində 1 nəfər həlak olub, 32 nəfər xəsarət alıb. Bu, Azərbaycanın Baş Prokuroru Kamran Əliyevin bəyanatında bildirilib.

"Əldə olunan məlumata əsasən Gəncə şəhər sakini Əliyev Tunar Qoşqar oğlu həlak olmuş, 32 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır.

Bununla yanaşı, şəhərin infrastrukturuna, yaşayış evlərinə külli miqdarda ziyan vurulmuşdur. Dəymiş ziyanın məbləği hadisə yerində fəaliyyət göstərən Baş Prokurorluğun əməliyyat-istintaq qrupu tərəfindən baxış keçirilməklə və digər zəruri istintaq hərəkətləri yerinə yetirməklə dəqiqləşdirilir", Baş prokuror əlavə edib.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}