İsmayıllı təhsili öz rekordunu yenilədi

İsmayıllı təhsili öz rekordunu yenilədi

İsmayıllının  təhsil uğurları bu il də davam edib. Rayonun 21 abituriyenti 600-dən, 46-sı isə 500-dən yuxarı bal toplayıb. Ən yüksək nəticəni 673 balla şəhər 5 saylı tam orta məktəbin məzunu Səbinə Aydınova göstərib. Şəhər 1 saylı tam orta məktəbin XIA sinfinin 5 şagirdi isə 600-dən yuxarı bal toplayıb. Onlardan Ağazadə Rəmziyyə - 639, Muradlı Tərlan - 627, Mikayılzadə Mövsümağa - 613, Məmmədova Nigar - 609 və Məmmədova Gülnar - 600 balla fərqlənib.  Həmin sinfin 25 məzunundan 23-ü imtahanlarda müsabiqə şərtlərini ödəyib.

Şəffaflıq.az xəbər verir ki,analoji hal şəhər 6 saylı tam orta məktəbdə də qeydə alınıb. Belə ki, bir sinfin 19 şagirdindən 17-si imtahanlarda fərqlənərək tələbə adına namizəd olub. Onların 3-ü isə 600-dən yuxarı bal toplayıb. Şəhər 5 saylı tam orta məktəbində 37 məzunundan 35-i uğur qazanıb, 2 məzun isə 600 baldan yuxarı nəticə göstərib. Sevindirici haldır ki, rayonun təhsil uğurlarının içində ucqar kəndlərdə yerləşən məktəblərin də adı var.  Buna nümunə olaraq, Keyvəndi, Sumağallı, Buynuz və Gəraybəyli kənd tam orta məktəblərini göstərmək olar.
Qeyd edək ki, 2018-2019-cu tədris ilində 600-dən yuxarı bal toplayan abituriyentlərin sayı 15 nəfər olub. Ən yüksək nəticə isə 661 bal təşkil edib.
Bildiririk ki, cari dərs ilində 11-ci sinfi bitirən 715 məzundan 420-i  ali məktəblərə sənəd verib, 323 nəfəri qəbul  üçün müsabiqə şərtlərini ödəyib. Həmin məzunlar yaxın günlərdə baş tutacaq ixtisas seçimində iştirak edəcəklər. 5 nəfər XI sinif şagirdi isə Respublika Fənn Olimpiadalarının final turunda qalib gəldiyi üçün birbaşa tələbə adını qazanıb.
Bundan əlavə, İsmayıllının təhsil tarixində ilk dəfə olaraq  bu dərs ilində 7 məzun qızıl və gümüş medala namizəddir.

Məlumdur ki, dünyada pandemiya elan olunması ilə bağlı ölkəmizdə mart ayının 3-dən ümumtəhsil məktəblərində tədris dayanmışdır. Buna baxmayaraq, müəllimlərimizin fədakar işləri nəticəsində onlayn dərslər aparılmış, uğurlarımız nəinki azalmış, əvvəlki illərdən daha da artmışdır.

Xatırladaq ki, 2019-2020-ci tədris ilində əlavə olaraq İsmayıllıdan 9 abituriyent Rusiya Federasiyasının müxtəlif ali təhsil müəssisələrinə qəbul olub. Onlardan bir nəfər İsmayıllı şəhər 1 nömrəli, 8-i isə Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbinin məzunlarıdır. Həmçinin, Türkiyə universitetlərinə də sənəd verən məzunlar var.

Yeni dərs ilinin başlanması ilə əlaqədar rayonun bütün ümumtəhsil məktəblərində cari təmir işləri aparılmış, məktəb binaları dərs gününə hazır vəziyyətə gətirilmişdir. Bundan əlavə, rayonun Maçaxı və Kələzeyvə kənd ibtidai məktəbləri üçün yeni modul tipli binalar quraşdırılmış, şagirdlər 15 sentyabrdan həmin məktəblərdə təhsil alacaqlar.

600-dən yuxarı bal toplayan abituriyentlərin siyahısını təqdim edirik:
1. Aydınova Səbinə Simran qızı - şəhər 5 saylı tam orta məktəb - 673 bal
2. Məhərrəmli Rəfael Şaiq oğlu – Talıstan kənd tam orta məktəb - 656 bal
3. Xancanlı Nicat Arif oğlu - şəhər 3 saylı məktəb liseyi - 647 bal
4. Ağazadə Rəmziyyə Rövşən qızı - şəhər 1 saylı tam orta məktəb - 639 bal
5. Mirzəliyev Seymur Rahil oğlu - şəhər 6 saylı tam orta məktəb - 632,3 bal
6. Muradlı Tərlan Kamran oğlu - şəhər 1 saylı tam orta məktəb - 627,3 bal
7. Eyyubzadə Jalə Azər qızı - şəhər 5 saylı tam orta məktəb - 624 bal
8. Hacıyev Rinat Adil oğlu - Sumağallı kənd tam orta məktəb - 623,2 bal
9. Ocaqlı Xumar Sinar qızı - Buynuz kənd tam orta məktəb - 623,8 bal
10. Babayev Rəşad Rüstəm oğlu - şəhər 6 saylı tam orta məktəb - 620 bal
11. Cəbiyev Amil Famil oğlu - Keyvəndi kənd tam orta məktəb - 614 bal
12. Mikayılzadə  Mövsümağa Tərlan oğlu - şəhər 1 saylı tam orta məktəb - 612,6 bal
13. Məmmədova Nigar  Rəhim qızı - şəhər 1 saylı tam orta məktəb – 609 bal
14. Əhmədova  Qızxanım  Sərvər - Gəraybəyli kənd tam orta məktəb - 609 bal
15. Pənahlı  Xumar Altay qızı - Diyallı kənd tam orta məktəb - 606 bal
16. Mikayılova Ləman Hilal qızı - şəhər 2 saylı tam orta məktəb - 603 bal
17. Məmmədli Səidə Səfər qızı - şəhər 7 saylı tam orta məktəb - 603 bal
18. Mitəlova Ayşən Müsənnif qızı - şəhər 6 saylı tam orta məktəb - 602,8 bal
19. Babayeva Fidan Hikmət qızı - şəhər 3 saylı tam orta məktəb - 602,7 bal
20. Abbaszadə Arzu Elçin qızı - Talıstan kənd tam orta məktəb - 601 bal
21. Məmmədova Gülnar Teymur qızı - şəhər 1 saylı tam orta məktəb - 600 bal

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}