Prezident Administrasiyasının 19 əməkdaşı koronavirusa yoluxub -RƏSMİ

 

"Bir sıra dövlət qurumlarında çalışan işçilər arasında da koronavirusa yoluxanlar var".

Şəffaflıq.az “Report”-a istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 7, Prezident Administrasiyasında 19, o cümlədən İşlər İdarəsinin əməkdaşları arasında 14 nəfər, Fövqəladə Hallar Nazirliyində isə 5 nəfər koronavirusa yoluxub.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}