“Azərsun Holdinq” aztəminatlı ailələrə Ramazan sovqatı hədiyyə etdi

 

Xalqımızın milli-mənəvi dəyərlərinə həssaslıqla yanaşan, təkcə xüsusi günlərdən deyil, hər zaman aztəminatlı, xüsusi qayğıya ehtiyacı olan insanların yanında olan “Azərsun Holdinq” Ramazan bayramı ilə əlaqədar sosial tədbirlərini davam etdirir.


Şirkətlər qrupu bu dəfə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı ilə birgə Azərbaycanda 3-cü ölkələrdən gələn qaçqın və sığınacaq axtaranlara öz istehsal etdiyi məhsullardan hazırlanmış bayram bağlaması hədiyyə edib. Onlar arasında Əfqanıstan, Rusiya, İran və İraqdan gələn qaçqın və sığınacaq axtaranlar üstünlük təşkil edib.

Qeyd edək ki, BMT-nin qaçqınlarla işləyən qurumu olan Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycanda öz nümayəndəliyini 1992-ci ildə yaradıb. Qurumun əsas məqsədi BMT-nin öz təşəbbüsü ilə qaçqınları himayə etmək və dəstəkləmək, onların öz ölkələrinə qaytarılması, üçüncü ölkələrə köçürülməsi və lokal inteqrasiyasını təmin etməkdir. 


BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının bu ilə olan son statistikasına əsasən, Azərbaycanda digər ölkələrdən gələn 1138 qaçqın və 865 sığınacaq axtaran himayə olunur.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}