Yer üzünün cənnəti sayılan Maldiv adalarını TƏHLÜKƏ GÖZLƏYİR

 


Mavi dənizi və ağ qumları ilə bir çoxlarının tətil səbəbi ilə üz tutduqları Maldiv adalarını su altında qalma təhlükəsi gözləyir.

Şəffaflıq.az xəbər verir ki, Maldivlər Hind okeanına yayılmış irili xırdalı min 200 adadan ibarət ölkədir. Şri Lankanın 750 kilometr cənub qərbində yerləşən ərazi bal ayına gedən cütlüklərin sevimli məkanı sayılır. 281 adadan 195-də yerli sakinlər məskunlaşıb. Uzun illər boyunca İngilis hakimiyyətində qalan bu ölkə ilə bağlı yeni araşdırmalar aparılıb. Məlum olub ki, Maldivlər qlobal istiləşmə nəticəsində su altında qala bilər. Qütbdəki buzların əriməsi və dəniz səviyyəsinin həddən artıq yüksəlməsi adaların bir çoxunu su altında qoya bilər. Adalar yox olma təhlükəsi ilə qarşı-qarşıya qalsa ölkənin turizm iqtisadiyyatına böyük ziyan dəyəcəyi gözlənilir. Əgər gələcək zamanda belə bir təhlükə meydana gələrsə yerli əhali Şri Lanka və Madaqaskara köçürüləcək. 

 


 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}