Çin əvvələ qayıdır: Bir şəhərə giriş-çıxış yenidən bağlandı

 

Dünyanın bəlasına çevrilən koronavirusun ortaya çıxdığı Çində virusun ikinci dalağasının başlayacağı ilə bağlı təşvişlər artır. Belə ki, 4 milyon əhalisi olan Jilin şəhərinin giriş-çıxışı yenidən bağlanıb. 

Həmçinin şəhər daxilində bütün kino mərkəzləri, idman salonları, internet kafelər və digər qapalı məkanların dərhal bağlanması haqda qərar verilib.
 
Qərarda o da qeyd edilib ki, şəhər sakinləri yalnız son 48 saat ərzində test nəticəsi neqativ olarsa və ciddi izolyasiya tədbirlərinə əməl etdiyi barədə protokol əldə etdikləri təqdirdə, şəhərdən çıxa bilərlər.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}