Türkiyədə koronavirusdan ölənlərin sayı 3 000-i ötdü - STATİSTİKA

 

"Türkiyədə son sutkada daha 89 nəfər pandemiyanın qurbanı olub”.

Şəffaflıq.az xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.

Onun sözlərinə görə, Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 3 081 nəfərə çatıb.

Nazir həmçinin son sutkada daha 2 936 nəfərə koronavirus diaqnozu qoyulduğunu və beləliklə, infeksiya daşıyıcılarının sayının 117 589-a yüksəldiyini bildirib.

F.Koca Türkiyədə indiyədək 44 022 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxıldığını da vurğulayıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}