"Rusiyanın koronavirusla mübarizədə İrana kömək etməyə hazırdır" - Lavrov

 

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Rusiyanın koronavirusla mübarizədə İrana kömək etməyə hazır olduğunu təsdiqləyib.

TASS-ın verdiyi xəbərə görə, bu gün iranlı həmkarı Məhəmməd Cavad Zərifə baş tutan telefon danışığı zamanı S. Lavrov bildirib ki, Rusiya koronavirusla mübarizədə İrana kömək etməyə hazırdır.

Bundan başqa, XİN başçıları İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planını, Suriya münaqişəsini də müzakirə ediblər.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}