Məktəblilərə dərsə maska ilə gəlmək tapşırılıb? – NAZİRLİKDƏN AÇIQLAMA

 

Çinin Uhan şəhərində yaranıb, dünyanın bir çox ölkəsində yayılan koronavirusun qarşısının alınması istiqamətində Azərbaycanda da qabaqlayıcı tədbirlər görülür. Sosial şəbəkələrdə yayılan məlumata görə, Bakının bəzi məktəblərində koronovirusla əlaqədar şagirdlərə dərsə maska və spirtlə gəlmələri tapşırılıb.

Şəffaflıq.az xəbər verir ki, Təhsil Nazirliyindən məsələ ilə bağlı axar.az-ın sorğusuna cavab olaraq bildirilib ki, koronavirusa qarşı məktəblərdə maarifləndirici tədbirlər həyata keçiriləcək:

“Təhsil Nazirliyi tərəfindən müvafiq dövlət qurumları ilə birlikdə koronavirus xəstəliyinin profilaktikası məqsədilə bütün təhsil müəssisələrində sanitariya-maarifləndirmə işləri görüləcək”.

Nazirlik əməkdaşı sayta verdiyi açıqlamada qeyd edib ki, şagirdlərin dərsə maska və spirtlə gəlməsi direktorların şəxsi təşəbbüsü ola bilər:

“Çox güman ki, məktəb direktorları qabaqlayıcı tədbir məqsədi ilə bu qərarı verib”.

Qeyd edək ki, sosial şəbəkələrdə bəzi valideynlər övladlarına koronovirusla əlaqədar dərsə maska və spirtlə gəlmələrini tapşırılması haqda məlumat yayıb.




Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}