Gürcüstanda iki nəfərin “donuz qripi”ndən ölməsi təsdiqlənib

 Gürcüstanda qrip mövsümündə iki nəfərin H1N1 virusundan (“donuz qripi”) ölməsi təsdiqlənib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, pasiyentlərdən biri İmereti, digəri isə Acarıstan bölgəsindən olub.

Mərkəz rəhbəri deyib ki, hər iki halda pasiyentlər tibb müəssisələrinə gec müraciət ediblər və onlarda xroniki xəstəliklər olub.

A.Qamkrelidze bildirib ki, bu gün Çiatura rayonunda 30 yaşlı qadının ölümünə “donuz qripi”nin səbəb olması laborator şəraitdə hələ təsdiqini tapmayıb.
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}