Bakıda avtobusda dava: sürücü sərnişini döydü

 

Bakıda döyülmə hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 4-də saat 22 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində “Daewoo” markalı 166 saylı xətt avtobusunun sürücüsü xuliqanlıq zəminində qəsəbə sakini E.Zeyniyevi döyüb.

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən sürücü, Bakı şəhər sakini K.Nəzərov saxlanılıb.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}