Şamaxıda YAP-ın 27 illiyi ilə bağlı tədbir keçirilib

 Şamaxı şəhər H.Əliyev mərkəzində Heydər Əliyev mərkəzinin və YAP Gənclər Birliyinin birgə təşkil etdiyi "YAP-ın yaranmasının 27-ci il dönümü" adlı tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının dövlət himni oxunub.
Şəffaflıq.az xəbər verir ki, tədbiri giriş sözü ilə Dövlət himini dinlənildikdən sonra, Şamaxı şəhər H.Əliyev mərkəzinin direktoru Könül xanım açıq elan edib.Könül xanım  partiyanın yaranma tarixindən söz acaraq, həmin dövrlərdəki xalqı düşünülmüş məhv olmaya sürükləyən siyasi proseslərdən danışıb.Sonra natiqlərdən, Şamaxı rayon YAP Gənclər Birliyinin sədri Nuranə xanım, Şamaxı şəhər rəsm qalereyasının direktoru Məleykə xanım və Şamaxı şəhər ADPU nun tələbəsi və YAP idarə heyətinin üzvü Məhərrəm Məhərrəmli YAP-ın yaranması haqqında öz çıxışlarını edibləır.Qeyd ediblər ki, Yeni Azərbaycanın təməl daşı olan Yeni Azərbaycan Partiyasının yaranması və qısa bir zamanda hakim partiyaya çevrildiyi gündən bu günədək qət etdiyi şərəfli yoldan, ötən 27 il ərzində qazanılan uğurlardan geniş bəhs edərək, xalqın partiyası olan Yeni Azərbaycan Partiyasının ölkə başçısı, partiya Sədri Prezident İlham Əliyevin rəhbərliyi altında bundan yüksək nailiyyətlərə imza atacağını qeyd etdilər.   Ardınca Ümummili lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyasını yaratması haqqında videoçarx izlənilib.
Tədbirin sonunda xatirə şəkli çəkdiriblər.

 Vahid İsmayılov.

Şamaxı Şəhəri.
Şəffaflıq.az 


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}