Şəhid Baş Leytenant Vüsal Babayevin ad gününə həsr olunmuş Stolüstü tennis turniri keçiriləcək


Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən İdman Festivalı çərcivəsində, Şəhid Baş Leytenant Vüsal Babayevin ad gününə həsr olunmuş Stolüstü tennis turniri keçiriləcək.
BrendSport.az saytı xəbər verir ki, turnir Xəzər rayon məktəbliləri arasında keçirilən tədbiri Xəzər rayon Binə qəsəbəsində yerləşən 88 nömrəli tam orta məktəbin dəstəyi, BrendSport.az informasiya portalının, Azərbaycan Gənclər və İdman nazirliyinin, Azərbaycan Elm və Təhsil nazirliyinin, Bakı şəhər Təhsil Baş İdarəsinin, Respublika İxtisaslaşdırılmış 1 nömrəli Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin, Azərbaycan Stolüstü Tennis Fedarasiyasinin, "Xurşud Banu Natavan adına kitabxananın" birgə təşkilatçılığı və "Cəngi İdman klubu", "OBA" marketlər şəbəkəsi, "Natural Halı Outlet", "Scallezioni" İtaliyan kişi geyimləri, "Lori's" parfum, "BERG Tea", "HARİKA" meyvə suları, "ŞAH ÇAY", "BERG GLUCOSE", "SİRAB" sularının sponsorluğu ilə baş tutacaq.
İki yaş qrupunda (7-11) - (12-17), 2 günlük baş tutacaq turnirdə məktəbli komandaların üzvləri qalıb uğrunda mübarizə aparacaqlar.
Turnir Olimpiya sisteminde yani uduzan çıxdı sistemi ilə keçiriləcək.

Bu eyni zamanda Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş İdman festivalı çərcivəsində keçirilən son tədbir olacaq. Festivalın bağlanışıda bu tədbirin bağlanış mərasimində olacaq.

Şəffaflıq.az 



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}