“Qarabağ” “Neftçi”nin rekordunu təkrarladı


Azərbaycan Premyer Liqasının 2022/23 mövsümünün çempionu olan “Qarabağ” tarixinin 18-ci titulunu qazanıb.

Peşəkar Futbol Liqasından verilən məlumata görə, Ağdam klubu 10-cu dəfə ölkə çempionatının qızıl medallarını qazanıb. “Ağ-göylər” 1993, 2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2018/19, 2019/20 və 2021/22 mövsümlərində də bu titulu əldə edib.

“Qarabağ”ın hesabında yeddi kubok (1993, 2005/06, 2008/09, 2014/15, 2015/16, 2016/17, 2021/22) və bir Superkubok (1993) da var.

Ağdamlılar bununla da titul sayında Azərbaycan rekordunu təkrarlayıblar. “Neftçi”nin də hesabında 18 titul var. Bakı klubu doqquz çempionluq, altı kubok, iki Superkubok və bir “Birlik kuboku” qazanıb.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}