Ulduz falı: 16 aprel, 2023-cü il


Şəffaflıq.az 16 aprel, 2023-cü il tarixi üçün ulduz falını təqdim edir:


Qoç

Bu gün  nə istədiyinizi bilmirsiniz.

Meyar kimi müəyyən etdiyiniz bəzi şeylər sizi əsl potensialınızdan yayındıra bilər. Siz həyatdan gözlədiklərinizə sanki bir limit qoymusunuz.

Bunun fərqinə varmırsınız.

Yarımçıq qalan hekayələrinizi bitirin. Sizə xoş olmayan şeylərdən uzaq olun. Boş yerə vaxt və enerji itirməyin.

Belə olarsa, həyatınızda irəliləyişlər mümkün ola bilər.  Çətin olanı edin.  Bir qədər acgöz olmamağa çalışın. Unutmayın ki, başqalarının bədbəxtliyi üzərində xoşbəxtlik mümkün deyil.

Buğa

Bu gündən başlayan bir qiymətləndirmə prosesi bir müddət həyatınıza təsir edə bilər. Çox şeyi yenidən düşünməli olacaqsan.

Həyatınızdakı insanlara sual verir, bəzi sahələrdə yenidən formalaşmağa çalışırsınız.

Sizin səyinizlə  irəliləyən münasibətlərinizə yaxınlaşırsınız. Araya məsafə qoymağın vaxtı deyilmi?

Qisas alma istəyini beyninizdən çıxarın. Bu sizə fayda verməz.

Həyatınızı içindəki insanlar üçün problemə çevirmək əvəzinə, analitik qabiliyyətinizi daha konkret və maddi məsələlərə yönəltməyə cəhd edə bilərsiniz. Pulla bağlı bəzi qərarlar yaxın gələcəkdə çox yaxşı nəticələr verə bilər.

Əkizlər

Həyatınızda kifayət qədər yaxşı şeylərin olmadığından şikayət edirsiniz.

Çox güman ki, çatışmazlıqlara diqqət yetirərkən mövcud olanı nəzərdən qaçırmısınız.

Uğursuz, lakin düzəldilə bilən bir vəziyyətlə qarşılaşa bilərsiniz.

Həyatınızda təkcə minnətdarlıq duyacağınız hadisələr deyil,  həm də bəzi problemləriniz ola bilər.

Bu dövrdə sizi qane edə biləcək imkanlar tapmaq çətin olacaq.  Dəyişdirə bilməyəcəyini şeylərə görə özünüzü günahlandırmayın. Bu sizə yaxşı hiss etdirməyəcək. Xoşbəxtliyinizi eşq həyatınızla ölçməyin.

Xərçəng

Bu gün heç bir şey sizi şübhələndirə bilməz. Özünüzdən, gözləntilərinizdən, etdiklərinizdən və səbəblərinizdən əminsiniz.

Bu qətiyyətli münasibət bəzi insanların sizin despot olduğunuzu və inkişafa qapalı olduğunuzu düşünməsinə səbəb ola bilər.

Lakin hər kəs zamanla özünüzə olan inamınızı anlayacaq.

Qısacası,  siz həyatınızda yaxşılığa doğru addım atmağı bacaranlardansınız.

Həyatınızı dəyişdirmək üçün düzgün addımlar atmağa hazırsınız. Qısamüddətli həzzlərlə maraqlanmırsınız.

Daha böyük irəliləyiş əldə etmək üçün mümkün qədər çox iş görəcəksiniz.

Şir

Bir tərəfdən həyatınıza yeni istiqamət vermək istəyirsiniz, digər tərəfdən də sahib olduqlarınızı itirməkdən qorxursunuz.

Hər hansı başqa imkan sizi indi əlinizdə olan yaxşılardan məhrum edəcək.

Sənə aid olan hər zaman səninlə qalır, yolda səndən vaz keçənlər onsuz da həyatında olmamalıdır.

Böyük qərarlar verərkən razı qalmayacağını düşündüyünüz bir ailə üzvünüzün kölgəsi həmişə üzərinizdə olacaq.

Bir müddətdən sonra olmaq istədiyiniz yerlə bağlı bir çox sualınıza cavab tapa biləcəksiniz.

Qız

Bu gün bəzi insanların əslində beyninizdə formalaşdırdığınız insanlar olmadığını görəcəksiniz.

İdeallaşdırdığınız insanları itirmək kədərli olacaq.

Ancaq onların uğurlarının o qədər də əlçatmaz olmadığını başa düşəcəksiniz.

İndiyə qədər əxlaqi cəhətdən düzgün və yaxşı olanı etmək üçün göstərdiyiniz səylər bəhrəsini verir.

İnsanlar tərəfindən sevilməyin bəhrəsini görürsünüz. Bir müddətdir özünüz və ya yaxınlarınızla bağlı saxladığınız sirr diqqət çəkə bilər.

Əgər hər hansı bir ittihamla qarşılaşırsınızsa, bunun sizi və ya münasibətlərinizi ruhdan salmasına imkan verməyin.

Tərəzi

Bu gün kifayət qədər optimistsiniz, insanlara güvənirsiniz və onlardan sözlərinin üstündə durmalarını gözləyirsiniz. Təəssüf ki, hər kəs bu münasibətə layiq deyil.

Ancaq bunu başa düşməyiniz üçün bir az vaxt lazım ola bilər. İntuisiyanıza qulaq asın.

Sonra real məlumatlara əsaslanaraq, qərar verin.

Öz təxəyyülünüzü kortəbii şəkildə bölüşmək, xüsusən də əhəmiyyət verdiyiniz birinə təsir edərsə, əks nəticə verə bilər. Bu gün hər hansı bir mövzuda qəfil dönüşlər etməkdən və böyük qərarlar verməkdən uzaq durun. Yəqin ki, indiyə qədər gözləyə bilən şey, düşüncələriniz qaydasına düşənə qədər bir neçə gün daha gözləyə bilər!

Əqrəb

Çox vaxt insanlar sadəcə eşidilmək istəyirlər.

Təəssürat yaratmaq istədiyiniz insanları dinləyin. İnsanlaırn mühakimə olunmadan və ya ifşa olunmaqdan qorxmadan bölüşmək istədikləri düşüncələri ola bilər.

Onların sizi o etibarlı insan kimi görmələrini təmin etsəniz, münasibətlərinizdə  xeyli irəliləyiş əldə edə bilərsiniz. İnsanlara istəmədikləri məsləhətləri verməyin.  Onlara özlərini izah etmək üçün lazım olan vaxtı verdiyiniz müddətcə, bu, problem olmayacaq.

Oxatan

Getmək, uzaqlaşmaq və yenidən başlamaq istəyiniz olduqca güclüdür.

Sistemli təzyiqlər və güzəştlər nəticəsində həyatınızdan razı deyilsiniz və zəhmətinizin qarşılığını almadığınızı düşünürsünüz. Münasibətinizi dəyişmədikcə, getdiyiniz hər yerdə oxşar mühitin olacağını bilməlisiniz. Etməli olduğunuz əsas şey uzaq ölkələrə köç etməyi planlaşdırmaq deyil.

Daha çətin, lakin daha təsirli bir üsul olaraq fərqli seçimlər etməlisiniz.

Hər şeyə daha əsaslı və real baxmağa başlamalısınız. Əks halda həyat bunu sizə öyrədəcək.

Oğlaq

Bu gün perspektiviniz olduqca reallaşa bilər. Sabah başqa bir dünyaya oyanmaq üçün gözləmək əvəzinə, kiçik və sabit qərarların sizi daha yaxşı bir yerə aparacağını anlayırsınız. Davamlı olaraq yeni bir layihəyə başlamaqla diqqətiniz dağılır  və nəticədə əli boş qalırsınız. Yanlış addımların səbəb olduğu uğursuzluğu emosiya kimi qəbul etməməyə çalışın. Özünüzdən yüksək gözləntiləriniz var və onlara nail olmaq üçün potensialınız var. Lakin siz hər şeydən əvvəl bir insansınız və həm fiziki, həm də mənəvi olaraq məhdudiyyətlərə tabesiniz. Daha realist olmağa inandığınız zaman işlər daha sürətli hərəkət edə bilər.

Dolça

Bəzi məsələlərdə nə qədər cəhd etsəniz də, hər şeyi tam qavraya bilməyəcəyinizi hiss edə bilərsiniz. Elə şeylər var ki, anlaya bilmirsən və onu bir kənara qoyub öz üzərində düşüncələrini cəmləşdirə  bilmirsən. Yəqin ki, siz buna səbəb olan emosiyanı tam başa düşmürsünüz.

Daha mehriban bir insan olmaq üçün daxili səsinizi idarə etməyə çalışın.

Hər kəsin yaşadığı bəzi problemləri və emosiyaları yaşayırsınız. Bir çox yaxşı keyfiyyətlərinizə göz yumursunuz, bu  özünüzə qarşı ədalətsizlik deyilmi?

Balıq

Bu gün insanları heyran edirsiniz. Sizi sevməyən insanlara belə hörmət etməyə məcbur edən münasibətiniz həqiqətən sizin tərəfinizdə olan insanları qürurlandırır. Bir müddət nəzarəti itirdiyinizi düşündüyünüz sahələrdə yenidən ipləri ələ almısınız.

İtirdiyiniz yaxşı vərdişləri bərpa edirsiniz. Sevdiyiniz insanlara qayğıkeş münasibətiniz insanların sizə iç üzünü açmasına kömək edir. Suallarınızı hazırlamamışdan əvvəl nəyi  nə qədər öyrənmək istədiyinizi düşünün.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}