Elnur Hüseynov qardaşların “Avroviziya”dakı yerindən danışdı


Müğənni Elnur Hüseynov Azərbaycanı bu il “Avroviziya”da təmsil edəcək Tural və Turan Bağmanov qardaşları barədə fikirlərini bölüşüb.

Şəffaflıq.az xəbər verir ki, “Səhərin səsi” verilişində qonaq olan Elnur “Tell me more” mahnısını ilk onluqda gördüyünü deyib:

“Tural və Turan Bağmanov qardaşları çox şirindirlər. Uğurlar arzu edirəm və onları müsabiqədə ilk onluqda görürəm. Son vaxtlar “Avroviziya”da səsverməni başa düşmürəm. Tamaşaçılar iştirakçılara səs verirlər, amma sonradan hər şey dəyişir. İnşallah təmsilçilərimizi onluqdan çıxartmazlar. Artıq bir-neçə ildir ki, müsabiqədə ölkələrin və tamaşaçıların səs verməsi ilə beşliyə daxil oluruq, sonra da münsif heyəti 15-20 dəqiqə ərzində hər şeyi qarışdırır və heç kimin səs vermədiyini qoyur ön sıraya. 

Məncə, bu doğru deyil. Əvvəlcə münsiflər səs verməlidirlər, ondan sonra insanlar baxıb, bilməlidirlər ki, bu ölkənin iştirakçısına səs verək və önə keçsin. Münsiflər heyəti nə istəyirlərsə edirlər, bu isə düzgün deyil.

O zaman səsvermə heç olmasın. Münsif olaraq, verin səsinizi və kimi istəyirsinizsə, onu da “Avroviziya”da qalib edin. Buna görə də Azərbaycan artıq uzun zamandır müsabiqədə ilk onluğa düşə bilmir”.

Qeyd edək ki, Elnur həmkarı Samir Cavadzadə ilə 2008-ci ildə Azərbaycanı “Avroviziya” müsabiqəsində ilk təmsil edən ifaçı olub. O, daha sonra 2015-ci ildə ikinci dəfə sözügedən müsabiqədə ölkəmizi təmsil edib.

Bizimlə əlaqə saxlayın


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}