Aprelin 4-nə olan hava proqnozu

 

Aprelin 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək.


Şəffaflıq.az xəbər verir ki, ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 7-10 dərəcə isti, gündüz 15-19 dərəcə isti olacaq. Bakıda gecə 8-10 dərəcə isti, gündüz 17-19 dərəcə isti olacaq.

Aprelin 4-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-8 dərəcə isti, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 3-6 dərəcə şaxta, gündüz 7-12 dərəcə, bəzi yerlərdə 16 dərəcə isti olacaq.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}