Ismayıllı rayonunda bir kənddə eyni gündə doğulan iki qəhrəman şəhid qürurla yad edilib

 
  
 
44 günlük Vətən müharibəsində torpaqlarımızın azad olunması uğrunda canlarını vətənə qurban verən, eyni ayda, eyni gündə və eyni kənddə düyaya göz açan İsmayıllı rayonu, Kürdmaşı kənd qəhrəmanları 22.03.1991-ci il təvəllüdlü Ağazadə Emin Valik oğlu və 22.03.2001-ci il təvəllüdlü Əliyev Fərid Hamlet oğlunun doğum günləri Kürdmaşı kənd qəbristanlığında məzarları yanında anılıb.

Anım mərasimində Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Kürdmaşı kənd İƏD üzrə nümayəndəlik və bələdiyyə, kəndin könüllü fəalları, şəhidlərin yaxınları, rayon ictimaiyyəti, idarə və təşkilatların əməkdaşları, I-II Qarabağ müharibəsi iştirakçıları və kənd sakinləri mövcud pandemiya qaydaları gözlənilməklə şəhidlərin məzarlarını ziyarət ediblər.

Ziyarətə gələn iştirakçılar şəhidlərin məzarları önünə gül dəstələri, Novruzun atributlarından olan səmənilər qoyaraq şəhidlərin ailə üzvlərinə başsağlığı veriblər, ruhlarına Qurandan ayələr oxunub, dualar edilib.

Emin Ağazadə 2020-ci ilin oktyabr ayının 5-də qismən səfərbərliklə hərbi xidmətə yola düşüb və oktyabr ayının 25-də Qubadlı istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. O, ölümündən sonra “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub. Şəhidimiz yaşasaydı 30 yaşı tamam olacaqdı.

Fərid Əliyev 2019-cu ilin aprel ayında hərbi xidmətə yola düşüb və 2020-ci ilin sentyabr ayının 27-də Fizuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. O, ölümündən sonra “Vətən uğrunda” və “Fizulinin azad olunmasına görə” medalları ilə təltif olunub. Şəhidimiz yaşasaydı 20 yaşı tamam olacaqdı.

Qeyd edək ki, ölkə başçısının tapşırığına əsasən İsmayıllı Rayon İcra Hakimiyyəti şəhidlərimizə və onların ailələrinə daim qayğı ilə yanaşır. Rayon rəhbərliyi tərəfindən əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində ailələri və məzarları ziyarət olunur, əziz xatirələri dərin ehtiramla yad edilir və onların problemləri ilə maraqlanılır.












 

İsmayıllı rayonu
Vahid İsmayılov,
Yanoş Məhərrəmov
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}