Prezident 6 xarici ölkənin 23 vətəndaşını əfv etdi. SİYAHI

Prezident İlham Əliyevin bu gün imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam 6 xarici ölkədən 23 şəxsə şamil olunub.
Şəffaflıq.az-ın məlumatına görə, sərəncama əsasən, 22 xarici ölkə vətəndaşı azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın çəkilməmiş hissəsindən azad edilib:
1. Abdollahı Ahmad Akbar, 1987-ci ildə anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, Biləsuvar Rayon Məhkəməsinin 2018-ci il 13 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.
2. Aqaev Rustam Maxiroviç, 1998-ci ildə anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, Ucar Rayon Məhkəməsinin 2018-ci il 17 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.
3. Alavi Seyyed Ali Seyyed Ghadir, 1977-ci ildə anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, Astara Rayon Məhkəməsinin 2018-ci il 12 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.4. Arcevanidze Levani, 1993-cü ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Qazax Rayon Məhkəməsinin 2018-ci il 11 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.
5. Baradaran Navıd Karım, 1988-ci ildə anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, Biləsuvar Rayon Məhkəməsinin 2017-ci il 14 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.
6. Bəkirov Oruc Vahid oğlu, 1997-ci ildə anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2018-ci il 3 may tarixli hökmü ilə məhkum edilmişdir.
7. Eshrati Seyed Alireza Seyed Yadollah, 1965-ci ildə anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2018-ci il 19 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.
8. Guseinov Shirvan Akif oğlu, 1987-ci ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 3 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.
9. Kazak Ahmad Saburan, 1984-cü ildə anadan olmuş, Qazaxıstan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 16 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.
10. Keshavarz Mohammad Alıakbar, 1979-cu ildə anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, Biləsuvar Rayon Məhkəməsinin 2018-ci il 12 iyun tarixli hökmü ilə məhkum edilmişdir.
11. Michel Raphael Kamo Nguekouen, 1989-cu ildə anadan olmuş, Kamerun Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 8 iyul tarixli hökmü ilə məhkum edilmişdir.
12. Mohammadı Hosseın Safar, 1965-ci ildə anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, Astara Rayon Məhkəməsinin 2018-ci il 18 aprel tarixli hökmü ilə məhkum edilmişdir.

13. Naibov Taley Cəfər oğlu, 1974-cü ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2017-ci il 2 avqust tarixli hökmü ilə məhkum edilmişdir.
14. Piriyev Həsən Nəriman oğlu, 1969-cu ildə anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il 19 mart tarixli hökmü ilə məhkum edilmişdir.
15. Rijvadze Zaza Rastomoviç, 1985-ci ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Balakən Rayon Məhkəməsinin 2020-ci il 11 fevral tarixli hökmü ilə məhkum edilmişdir.
16. Rüstəmov Ramin Əli oğlu, 1988-ci ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2019-cu il 19 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.
17. Şükürov Yolçu Bayram oğlu, 1969-cu ildə anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2018-ci il 3 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.
18. Taghızadeh Bejarbaneh Mohsen Mohammad Ebrahım, 1979-cu ildə anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, Astara Rayon Məhkəməsinin 2019-cu il 15 may tarixli hökmü ilə məhkum edilmişdir.
19. Tanrıverdi Kasım Veli oğlu, 1964-cü ildə anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, Abşeron Rayon Məhkəməsinin 2018-ci il 13 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.
20. Touani Alphonse, 1972-ci ildə anadan olmuş, Kamerun Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 18 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.
21. Uygun Ahmet, 1962-ci ildə anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, Xızı Rayon Məhkəməsinin 2017-ci il 7 avqust tarixli hökmü ilə məhkum edilmişdir.
22. Vəlizadə Nur Məhəmməd, 1979-cu ildə anadan olmuş, Əfqanıstan İslam Respublikasının vətəndaşı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2019-cu il 10 iyun tarixli hökmü ilə məhkum edilmişdir.
Bir xarici ölkə vətəndaşının isə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb:
Ovçiyev Rauf Telman oğlu, 1973-cü ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2013-cü il 16 avqust tarixli hökmü ilə məhkum edilmişdir. 




Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}