Xalq artisti Zeynəb Xanlarovanın qardaşı qızı qəzaya düşdü

Xalq artisti Zeynəb Xanlarovanın qardaşı qızı, əməkdar artist Mehriban Xanlarova qəzaya düşüb.
Şəffaflıq.az bildirir ki, hadisə şahidləri virtualaz.org-a bildiriblər ki, qəza Qaradağ rayonunun Səngəçal qəsəbəsində baş verib. Aktrisanın ayağı əzilib.
Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov bildirib ki, aktrisa ilə birgə yanındakı qadın da xəsarət alıb. Ona kəllə-beyn travması diaqnozu qoyulub. Yaralılar Klinik Tibbi Mərkəzə gətiriliblər. Heç birinin həyatı üçün təhlükə yoxdur.
M.Xanlarova yardım göstəriləndən sonra evə buraxılıb.
Qəzanın necə baş verdiyi bəlli deyil.Hurriyyyet.org

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}