Yeni il gecəsi tibbi çantada mütləq aspirin və sorbent preparatları olmalıdır.

 Bir ildir dünyanı cənginə almış koronavirus, az qala, digər xəstəlikləri bizə unutdursa da, bayramqabağı sağlamlıqla bağlı yaşana biləcək başqa problemlər də yada düşür.
Şəffaflıq.az xəbər verir ki, terapevt Lyudmila Lapa Yeni ildə evinizdəki təcili yarım çantasından bəzi dərmanları əskik etməməyi məsləhət görür.
Onun sözlərinə görə, Yeni il gecəsi tibbi çantada mütləq aspirin və sorbent preparatları olmalıdır.
"Nəzərə alsaq ki, Yeni il bayramında çox yeyib-içirik, sonradan baş verə biləcək intoksikasiya hallarının qarşısını almaq üçün sorbent preparatları (aktiv kömür və s.) qəbul etmək olar", - deyə həkim bildirib.
Mütəxəssis, həmçinin xatırladıb ki, yeməkdən həddən artıq istifadə qanın qatılığını artıraraq qaraciyərin yüklənməsinə səbəb olur. Odur ki, bayram günlərində əlimizin altında aspirin kimi qanı duruldan tibbi vasitələrin olmasında fayda var. (publika.az)

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}