Oğuzda 3 tondan artıq narkotik bitki məhv edilib-FOTO


 Oğuzda 3 tondan artıq narkotik bitki məhv edilib
Şəffaflıq.az DİN-dən verilən məlumata görə bildirir ki, “Xaş–xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib. 
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Bayan kəndi ərazisində əkin sahələrinin kənarında yabanı halda bitmiş 3 ton 144 kq narkotik tərkibli çətənə kolları kökündən çıxarılıb, yandırılaraq məhv edilib.
Faktla bağlı RPŞ-də araşdırma aparılır.шаблоны для dle 11.2


Facebook-da paylaş