Əsas Səhifə > Hadisə / Kriminal > Oğuzda 3 tondan artıq narkotik bitki məhv edilib-FOTO
Oğuzda 3 tondan artıq narkotik bitki məhv edilib-FOTO6-07-2019, 14:55 |
![]() Oğuzda 3 tondan artıq narkotik bitki məhv edilib Şəffaflıq.az DİN-dən verilən məlumata görə bildirir ki, “Xaş–xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib. ![]() DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Bayan kəndi ərazisində əkin sahələrinin kənarında yabanı halda bitmiş 3 ton 144 kq narkotik tərkibli çətənə kolları kökündən çıxarılıb, yandırılaraq məhv edilib. Faktla bağlı RPŞ-də araşdırma aparılır. Geri qayıt |