Jurnalistlər pulsuz müayinədən keçiriləcək


 Milli Mətbuatın 144-cü ildönümü ilə bağlı Apifioterapiya Mərkəzi ilə Parlament Jurnalistlər Birliyi birgə layihə həyata keçirəcək.
Şəffaflıq.az xəbər verir ki, bu barədə Apifioterapiya Mərkəzinin rəhbəri Elnur Eldaroğlu verib.
O, qeyd edib ki, indiki zamanda xəstəliklər gəncləşdiyi kimi, artmaqda da davam edir: “Belə hallarda kəskin xəstəliklər xronikiləşir və xroniki proseslərin müalicəsi uzun zaman aldığına görə xəstəlik sona qədər müalicə olunmaya bilir. Xroniki xəstəliklərin müalicəsində bütün dünayada təbii üsullara üz tutulur (apiterapiya, fitoterapiya, fizioterapiya, akupunktur, hirudoterapiya, küpə terapiya, metabolik korreksiya və s.) və bu prosedurlarla həmçinin profilaktik tədbirlər həyata keçirilir ki, əsas məqsəd xəstələnməməkdir”.
O qeyd edib ki, təbii üsullar mərkəzi olan Apifioterapiya Mərkəzi silsilə şəklində insanların sağlamlığının keşiyində durur: “Mən fitoterapevtəm. Və mənim təşəbbüsümlə 22 iyul Milli Mətbuat günü münasibətilə bütün KİV-lərə ödənişsiz ilkin terapevtik müayinəyə hazıram”.
E.Eldaroğlu bu aksiyada hansı xəstəliklərdən əziyyət çəkənlərin yararlana biləcəyi məsələsinə də aydınlıq gətirib: “Qaraciyər (hepatitlər, qaraciyərin piy distrofiyası,), öd kisəsi (öd daşı, xolesistitlər) və mədəaltı vəzin kəskin və xroniki xəstəlikləri, qəbizlik və qıcqırma kimi mədə-bağırsağın iltihabi (qastritlər, mədə xoras, reflüks-ezofagit, kolitlər) xəstəlikləri, qurd xəstəlikləri, kəskin və xroniki bronxitlər, eləcə də allergik (astmatik) bronxitlər, revmatoloji xəstəliklər, xüsusilə artritlərdən əziyyət çəkənlər müraciət edə bilər”.
Qeyd edək ki, aksiya iyulun 24-26-da baş tutacaq Publika.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}