Avropa dövlətində virusa yoluxanların yazılandan 6 dəfə çox olması iddiası var

 

İtaliyada qan nümunəsi əsasında həyata keçirilən antikor testləri ölkədə koronavirusla bağlı vəziyyətin fərqli olduğunu göstərib. Virusa yoluxanların gerçək sayının yazılandan 6 dəfə çox olması iddiası səslənməyə başlayıb.


Şəffaflıq.az xəbər verir ki, indiyə qədər İtaliyada 248 min vətəndaşın virus testinin müsbət nəticə verdiyi bildirilirdi. Amma antikor testləri məsələyə baxışı dəyişib. İtaliyada təxminən 1.5 milyon nəfərin virusa yoluxduğu ehtimal edilir.

Antikor testlərinə 65 min nəfər cəlb olunub. Həmin adamların 2.5 faizində koronavirus aşkar olunub. Halbuki nəticənin 6 dəfə az olacağı gözlənilirdi. Buradan həmin nəticəyə gəlinir ki, İtaliyada virusa yoluxanların gerçək sayı 1.5 milyon nəfər civarındadır.


İtaliya hökumətinin bu məsələlər üzrə nümayəndəsi Franko Lokatelli deyib ki, antikor testlərinin məqsədi elə gerçək mənzərəni ortaya çıxarmaq olub. Çünki hamıdan koronavirus testi götürmək olmur. Qan nümunələrinin analizi isə lazımi təsəvvür yaradır.


Antikor testləri də Lombardiyada yoluxanların çoxluğuna işarə vurub. Məhz bu bölgədə virusun tüğyan etdiyi xüsusi qeyd olunurdu.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}