Yeni epidemiya sürətlə yayıldı — 872 nəfər...
Bütün dünya koronavirusla mübarizə apararkən Sinqapurda denqe qızdırması yayılmağa davam edir.
Şəffaflıq.az xəbər verir ki, son 1 həftə ərzində 872, son 2 gündə 165 yeni yoluxma faktı aşkarlanıb.
"The Straits Times"ın xəbərinə görə, Milli Ekologiya Agentliyindən verilən məlumatda 2020-ci il daxil olandan bəri ölkədə 12 nəfərin bu səbəbdən dünyasını dəyişdiyi bildirilib.
Denqe qızdırması virusuna insanlar ağcaqanadlar vasitəsilə yoluxur. İnkubasiya dövründən sonra yüngül qızdırmaya səbəb olan xəstəlik bəzi hallarda ölümcül ola bilir.
Yoluxmalar adətən yağış mövsümünün olduğu iyun-sentyabr və dekabr-mart dövrlərində artır.
Xəbəri paylaş
Facebook-da paylaş