Koronavirus mutasiyaya uğrayaraq, daha da "ağıllanıb". İndi o yeni əlamətlə maskalanır.

 Koronavirus mutasiyaya uğrayaraq, daha da "ağıllanıb". İndi o yeni əlamətlə, titrətmə altında maskalanır.
Şəffaflıq.az medicina.az-a istinadən bildirir ki, bu barədə Sinqapur həkimləri açıqlama verib.
Koronavirus başlanğıcda tamam başqa xəstəlik simptomu, denqe titrətməsi kimi özünü maskalayır.
"Pasiyent denqa xəstəliyinə xas yüksək hərarət və bədəndə səpkilərlə daxil olur. Onda koronavarisa xas öskürək, burun axması, boğazda ağrı və s. yoxdur".
Lakin analizlər denqe xəstəliyi yox, koronavirus nəticələri göstərir.
Hazırda Sinqapur şəhərində 3 belə əlamətlə koronaviruslu xəstə aşkarlanıb.
Ona görə həkimlər istənilən şübhəli əlamətlə daxil olan hər kəsdən ciddi olaraq koronavirusdan analiz alınmalıdır, çünki dəqiq diaqnoz müalicə üçün vacibdir. Bu həm tibb personalı, həm də xəstənin təmasda olduğu insanların təhlükəsizliyi üçün də vacibdir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}