Xırdalanda zəncirvari qəza olub, xəsarət alanlar var


Abşeron rayonu ərazisində baş verən zəncirvari avtomobil qəzası nəticəsində xəsarət alanlar var.

Şəffaflıq.az məlumat verir ki, hadisə Xırdalan dairəsi yaxınlığında qeydə alınıb.

İlkin məlumata əsasən, "Chevrolet Cruze", "Ford Transit" və "Qazel" markalı avtomobillər toqquşub.

Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}