Sumqayıtda 17 yaşlı qız binadan yıxılaraq ölüb
Sumqayıtda yeniyetmə bədbəxt hadisə nəticəsində ölüb. Şəffaflıq.az məlumat verir ki, hadisə şəhərin 45-ci məhəllə ərazisində qeydə alınıb. İlkin məlumata görə, 17 yaşlı qız binadan yıxılaraq ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Məlumata əsasən, yeniyetmənin ehtiyatsızlıq nəticəsində binadan yıxıldığı bildirilir. Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş








