Göygöldə məktəbdə zəhərlənən 10 şagird xəstəxanadan evə buraxılıb
Göygöldə məktəbdə zəhərlənən 10 şagird xəstəxanadan evə buraxılıb. Şəffaflıq.az-ın məlumatına görə, hadisə fevralın 16-sı rayonun Aşıqlı kəndinin C.Verdiyev adına tam orta məktəbində qeydə alınıb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən sorğuya cavab olaraq bildirilib ki, həmin məktəbdə dərs prosesi zamanı 10 nəfər şagird özünü pis hiss edib: "Şagirdlər xəstəxanaya çatdırılıblar. Onlara tibbi yardım göstərilib və daha sonra evə buraxılıblar. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır".
Xəbəri paylaş
Facebook-da paylaş








