Sumqayıtda ev yanıb, bir nəfər ölüb
Sumqayıt şəhərində fərdi yaşayış evində yanğın olub. Şəffaflıq.az xəbər verir ki, hadisə beton zavod ərazisində qeydə alınıb. İlkin məlumata görə, yanğın zamanı 1969-cu il təvəllüdlü Səxavət Səmədov ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.
Xəbəri paylaş
Facebook-da paylaş








