Mingəçevirdə ana və üç övladı dəm qazından zəhərlənib
Mingəçevir şəhərində bir ailənin dörd üzvü yaşadıqları evdə dəm qazından zəhərlənib. Şəffaflıq.az-ın məlumatına görə, zərərçəkmişlər - 1988-ci il təvəllüdlü N.Yusifova, D.Yusifli (2010), N.Yusifli (2014) və E.Yusifli (2015) xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş








