İmişlidə yanğın zamanı bir nəfər xəsarət alıb
İmişlidə yanğın olub, bir nəfər xəsarət alıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, ümumi sahəsi 100 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və bitişik sahəsi 250 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş








