Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşları qəbul edəcək


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov fevralın 5-də Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarından olan vətəndaşları qəbul edəcək.

Şəffaflıq.az xəbər verir ki, bu barədə komitə məlumat yayıb.

Qəbul saat 11:00-da Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində (ünvan: Sumqayıt şəhəri, Zülfü Hacıyev küçəsi, 53) keçiriləcək.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq, qəbulda iştirak etmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinə (əlaqə vasitələri: (070) 275 88 33, [email protected], [email protected]) müraciət etmələri xahiş olunur.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}