Dövlət Sosial Müdafiə Fondunda seminar-müşavirə keçirilib-FOTO

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda qurumun idarə, rayon (şəhər) şöbələrinin rəhbərlərinin, pensiya, sosial yardım və müavinət sektorları müdirlərinin iştirakı ilə seminar-müşavirə keçirilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdə fondun direktor müavini Cavid Abdullayev 2018-ci ildə fond tərəfindən görülən işləri, əldə olunan nailiyyətləri qeyd edib. O, pensiya qanunvericiliyinə edilmiş dəyişikliyə uyğun olaraq cari ilin əvvəlindən ölkəmizdə pensiya təyinatının avtomatlaşdırılmış rejimdə həyata keçirilməsinə başlanıldığını diqqətə çatdırıb.
Seminar-müşavirədə avtomatlaşdırılmış pensiya təyinatı, avtomatlaşdırmanın əhatə etmədiyi şəxslər üzrə fondun yerli orqanlarının funksiyaları, tapşırıqların icrası vəziyyəti müzakirə olunub. Bu il fondun qarşısında duran vəzifələrdən bəhs olunub və həmin vəzifələrin icrasının təmin edilməsi ilə bağlı müvafiq göstərişlər verilib
.(AZƏRTAC)


 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}