Bakıda 15 yaşlı yeniyetmə qətlə yetirilib, saxlanılan var
Bu gün saat 22 radələrində Yasamal rayonu ərazisində 2010-cu il təvəllüdlü H. Mirzəyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Şəffaflıq.az xəbər verir ki, ona göstərilən tibbi müdaxilələrə baxmayaraq həyatını itirib. DİN-in Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2011-ci il təvəllüdlü Ə. Novruzlu saxlanılıb. Araşdırmalar davam etdirilir.
Xəbəri paylaş
Facebook-da paylaş








